
Polşanın Qdansk şəhərinin meri Pavel Adamoviç vəfat edib.
Nyus.Az oxu.az-a istinadən bildirir ki, bu badərə Adamoviçin əməliyyat olunduğu xəstəxanadan bildiriblər.
Məlumatı Polşa səhiyyə naziri Lukaş Şumovski də təsdiqləyib.
"Biz qalib gələ bilmədik", - deyə o vurğulayıb.
Polşada xeyriyyə konserti zamanı bıçaqlanmış Qdansk şəhər meri Pavel Adamoviç beş saat əməliyyat olunub.
Qdansk meri Pavel Adamoviçin olduğu səhnəyə çıxan kişi əvvəlki hökumət dönəmində qanunsuz həbs edildiyini bəyan edib. Sonra ara qarışıb və nəticədə, Adamoviç bıçaq xəsarəti alıb.
Nyus.Az

























