
ABŞ dövlət katibi Mayk Pompeo qoşunların Suriyadan çıxarılmasını şərh edib.
Nyus.Az oxu.az-a istinadən bildirir ki, Pompeo bu qərarın ABŞ-ın İŞİD terror təşkilatı ilə mübarizəsinə dair missiyasını ləğv etmədiyini bildirib.
O qeyd edib ki, bu, taktikanın dəyişməsi deməkdir.
Pompeo həmçinin bəyan edib ki, Vaşinqton İranın regionda təsirinin genişlənməsinə qarşı səylərini davam etdirəcək.
Nyus.Az

























