
2019-cu ildən başlayaraq Çexiyada hər bir həkim xəstənin istəyinə görə reseptləri elektron formada yazmağa borcludur.
Nyus.Az AZƏRTAC-a istinadən bildirir ki, elektron reseptin baza forması kimi həkimin elektron imzasının kodunun götürülməsi təklif olunur. Bununla yanaşı, reseptlərin sms-bildirişlər, pdf-fayl əlavə olunan elektron poçt ünvanı, mobil telefon və ya internet əlavəsi vasitəsilə göndərilməsi də mümkündür.
Çexiyada bu təcrübənin tətbiqinə ötən ildən başlanılıb. Belə ki, 2018-ci ildə həkimlər pasiyentlərə 58 milyondan çox elektron resept yazıblar.
Nyus.Az

























