
İntensiv yağan qar nəticəsində İspaniyada 50 min məktəbli dərsə gedə bilməyib.
AZƏRTAC xəbər verir ki, meteoroloqların proqnozlarına görə, həftənin sonunadək davam edəcək soyuq hava mənfi 15 dərəcəyədək dəyişəcək. Belə hava İspaniyada norma olmadığı üçün çətinliklər yaradır. Ən güclü qar yağıntıları ölkənin Ueska, Teruel, Kantabriya, Tarraqon, Kastelyon və Asturiya vilayətlərinə düşəcək.
Nyus.Az

























