
Etirazlara səbəb milli qvardiyanın bələdiyyə bazarında malların qeyri-qanuni alqı-satqısı ilə məşqul olan alverçilərin ərazidən çıxarmaq cəhdi olub.
Etirazçılarla hərbiçilərin toqquşması nəticəsində ən azı 3 nəfərin, o cümlədən bir qvardiyaçının həlak olduğu bildirilir.
Qarşıdurmanın milli qvardiya əsgərlərinin alverçilərdən malları müsadirə etmək istəməsindən sonra başlandığı bildirilir.

























