
Gümridə Rusiya hərbi bazasının yerləşdirilməsi Ermənistanın və Rusiyanın uzunmüddətli maraqlarına əsaslanır.
Virtualaz.org “Sputnik Armeniya”ya istinadən bildirir ki, bunu Ermənistan müdafiə nazirinin vəzifələrini icra edən David Tonoyan deyib.
"Nazir səlahiyyətlərinin müvəqqəti icraçısı 29 dekabrda 102-ci Rusiya hərbi bazasının 77-ci ildönümü şərəfinə təşkil olunan bayram tədbirlərində iştirak edib. Tonoyan regionda sabitliyin təminatı işində hərbi bazanın əhəmiyyətli rolunu vurğulayıb və sonrakı effektiv qarşılıqlı fəaliyyətlə bağlı əminliyini ifadə edib”, - deyə xəbərdə bildirilir.
Xatırladaq ki, Rusiya və Ermənistan 20 avqust 2010-cu ildə bazanın yerləşdirilməsi haqda müqavilənin müddətini 2044-cü ilə qədər uzadıblar. Protokol, həmçinin onun coğrafi və strateji məsuliyyət sferasının genişləndirilməsini nəzərdə tutur. Yerevanda yerləşdirilən "Erebuni" təyyarə bazası Gümridəki 102-ci Rusiya hərbi bazasının hava komponentidir.
Nyus.Az

























