
Meksikada helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər həlak olub.
Nyus.Az Trend-ə istinadən bildirir ki, helikopterdə ölkənin Puebla ştatının qubernatoru və digər vəzifəli şəxslər olub.
Qeyd edək ki, hadisə dekabrın 24-də Koronanqo bələdiyyəsində baş verib. Ölkənin DİN-in ilkin məlumatlarına əsasən, qəzaya səbəb texniki nasazlıq ola bilər. Hadisə ilə bağlı araşdırma aparılır.
Nyus.Az

























