
Bolqarıstan Turizm Nazirliyinin məlumatına əsasən, Yeni il bayramı ərəfəsində ölkəni daha çox Almaniyadan, Avstriyadan və İspaniyadan olan turistlər ziyarət edəcəklər. Nyus.Az AZƏRTAC-a istinadən bildirir ki, onlar Bolqarıstanda xizək sürməyə, konsertlərə baxmağa gələcəklər. Turistlərin Bolqarıstanı seçmələrinin əsas səbəbi istirahət üçün qiymətlərin daha ucuz olmasıdır.
Məlumata görə, bu il Yeni il bayramı ərəfəsində təqribən 50 min əcnəbi turist ölkənin paytaxtı Sofiyanı ziyarət edəcək.
Nyus.Az

























