
Almaniyanın Reklinqhauzen şəhərində sürücünün maşını dayanacağa sürməsi nəticəsində 1 qadın ölüb, daha 9 nəfər isə yaralanıb.
Nyus.Az "report"-a istinadən bildirir ki, hadisə dekabrın 20-si günün ikinci yarısında baş verib.
İlkin məlumata görə, toqquşma nəticəsində özü də xəsarət alan avtomobilin sürücüsü sui-qəsd etmək niyyətində olub.
Hazırda qəzanın bütün təfərrüatları araşdırılır.
Nyus.Az

























