
Roma Papası Fransisk 2019-cu ilin mayında Bolqarıstan və Makedoniyaya səfər edəcək.
Nyus.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Müqəddəs Taxt-Tacın nəşriyyat xidmətinin rəhbəri Qreq Berk bildirib. Papanın bu ölkələrə səfəri burada yerləşən katolik kilsələrinin dəvəti əsasında baş tutacaq. Fevralda isə Papanın Birləşmiş Ərəb Əmirliklərinə səfəri nəzərdə tutulub.
Nyus.Az

























