
Meksikanın Tabasko ştatında boru kəmərlərindən yanacaq oğurluğu ilə məşğul olan iki cinayətkar qruplaşma arasında silahlı toqquşma baş verib.
Nyus.Az Trend-ə istinadən bildirir ki, Uimangilyo bələdiyyəsində iki qruplaşma arasında baş verən atışma nəticəsində 6 nəfər həlak olub.
Hazırda toqquşma baş verən yerdə polis və ordu əməliyyat aparır.
Qeyd edək ki, Meksikada hər il təxminən 20 milyard peso (1 milyard dollara yaxın) dəyərində neft məhsulları oğurlanır.
Nyus.Az

























