
Dekabrın 3-dən başlayaraq veb-mağazalar tərəfindən istifadəçilərin coğrafi mövqeyi ilə bağlı məhdudiyyətlərin qoyulması Avropa İttifaqında qadağan ediləcək.
Nyus.Az AZƏRTAC-a istinadən bildirir ki, bu məhdudiyyətləri bəzən "geobloklanma" adlandırırlar. Bundan sonra Avropa İttifaqı ölkələrinin sakinləri Aİ-nin hər hansı ölkəsindən tamamilə eyni şərtlərlə Milad bayramına onlayn-hədiyyə sifariş verə bilərlər. Ekspertlər bununla belə, geobloklanmanın ləğvinin kiçik biznes üçün çətinlik yarada biləcəyindən ehtiyat edirlər.
Nyus.Az

























