
İtaliyanın Bolonya şəhərində 93 yaşlı kişi ağır xəstə olan həyat yoldaşını öldürdükdən sonra özünü üçüncü mərtəbədən ataraq intihar edib.
Nyus.Az AZƏRTAC-a istinadən bildirir ki, polis cinayəti törədən şəxsə aid məktub aşkar edib. Məktubda cinayətkar törədəcəyi əmələ görə əvvəlcədən üzr istəyib.
Qadının Alsqeymer xəstəsi olduğu bildirilir. Polis qadının boğularaq öldürüldüyünü ehtimal edir.
Nyus.Az

























