
Yaponiyanın "Mitsubishi Heavy Industries" şirkətinin liderlik etdiyi konsorsium Türkiyədə atom elektrik stansiyasının (AES) inşası layihəsindən imtina edib.
Nyus.Az AZƏRTAC-a istinadən bildirir ki, uzun müddətdir təxirə salınan layihənin dəyəri proqnozların iki qatına yüksələrək 44 milyard dollara çatıb. Bu da konsorsiumun layihəni davam etdirməsinə çətinlik yaradıb.
Xəbərə görə, 2011-ci ildə "Fukusima Daiichi" AES-də baş verən qəzadan sonra artan təhlükəsizlik tələbləri və türk lirəsinin zəifləməsi layihə xərclərinin artmasına gətirib çıxarıb.
Qeyd edək ki, Türkiyə 2013-cü ildə "Mitsubishi Heavy Industries" şirkətinin liderlik etdiyi konsorsium ilə Sinopda 4 nüvə reaktorundan ibarət AES-in inşası üçün razılığa gəlib. Tikinti işlərinə 2017-ci ildə başlanması və ilk reaktorun 2023-cü ildə istismara verilməsi planlaşdırılırdı.
Nyus.Az

























