
Kanadanın Toronto şəhərinin qərbində yerləşən rayonlardan birində naməlum şəxslər arasında silahlı insident olub.
Nyus.Az Trend-ə istinadən bildirir ki, nəticədə bir qadın güllə yarası alaraq xəstəxanaya yerləşdirilib.
Polisin məlumatına görə, qadının həyatı üçün heç bir təhlükə yoxdur.
Bununla belə polis hadisəni törədənlərdən heç birini saxlaya bilməyib. Hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerində atışmaya aid ola biləcək iki avtomobilə baxış keçiriblər.
Nyus.Az

























