
ABŞ prezidenti Donald Tramp hələ də rusiyalı həmkarı Vladimir Putinlə görüşmək istədiyini bəyan edib.
Nyus.Az oxu.az-a istinadən bildirir ki, o, Moskva və Kiyevin ukraynalı dənizçilərin saxlanılması ilə bağlı problemi həll edəcəklərinə ümidvar olduğunu bildirib.
"Baş verənlər xoşumuza gəlmir. Buna sevinmirik, heç kim buna sevinmir", - deyə o vurğulayıb.
Xatırladaq ki, Tramp Kerç boğazındakı insidentə dair hesabatla tanış olduqdan sonra Putinlə G-20 sammiti çərçivəsində nəzərdə tutulan görüşü ləğv etmişdi.
Nyus.Az

























