
Son günlər Qazaxıstanın Akmola, Pavlodar, Cənubi Qazaxıstan, Karaqanda, Qərbi Qazaxıstan və Kustanay vilayətlərində havanın temperaturu xeyli aşağı düşüb.
Nyus.Az AZƏRTAC-a istinadən bildirir ki, noyabrın 29-dan dekabrın 1-dək ayrı-ayrı vilayətlərdə qasırğa, şaxta, güclü qar, yolların buz bağlaması haqda xəbərdarlıq edilib. Noyabrın 29-da Astana məktəblərində ikinci növbədə oxuyan şagirdlərin dərsləri təxirə salınıb.
Regionda dekabrın 1-dək havanın temperaturu -15, -20, bəzi yerlərdə -23, -28 dərəcə olacaq.
Nyus.Az

























