
Rusiya və İran arasında turist vizalarının ləğv edilməsi məsələsi müzakirə edilir.
Nyus.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə İranın energetika naziri və Rusiya-İran hökumətlərarası komissiyasının həmsədri Reza Ardakaian məlumat verib.
R. Ardakaian deyib: "Biz turist vizalarının ləğv edilməsi barədə razılığa gəlmişik. İndi yalnız bu məsələ ilə əlaqədar imzalanmış sənədlərin icrasını reqlamentləşdirmək lazımdır".
Həmin reqlamentin hazırlanması bir-iki ay davam edə bilər.
Nyus.Az

























