
Moskvada mənzil fondlarının yenilənməsi proqramı çərçivəsində Çerkizov bazarının yerində yaşayış evləri tikiləcək.
Nyus.Az AZƏRTAC-a istinadən bildirir ki, Moskva Memarlıq və Şəhərsalma Komitəsinin sədri Yuliana Knyajevskaya bu barədə "Moskva" agentliyinə məlumat verib.
Onun sözlərinə görə, mənzil fondlarının yenilənməsi proqramının həyata keçirilməsi üçün 2019-cu ilin birinci yarısında keçmiş Çerkizov bazarı ərazisinin planlaşdırma layihəsi hazırlanacaq.
Məlumat üçün: 1990-cı illərin əvvəlindən 2009-cu ilə qədər fəaliyyətdə olmuş Çerkizov bazarı Moskvada iri əşya bazarı idi. Rusiya Miqrantlar Federasiyasının məlumatına görə, həmin bazarda 100 mindən çox insan çalışırdı. 2009-cu ildə Moskva hökumətinin qərarı ilə bu bazar ləğv edilib.
Nyus.Az

























