• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 17-10-2026 Pulumuz dərmana gedir – QORXUNC statistika
  • 17-10-2026 Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
  • 17-10-2026 Arda Güler daha 5 il "Real"da
  • 17-10-2026 Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı PAYLAŞIM - VİDEO
  • 17-10-2026 Balde “Barselona”dan gedə bilər
  • 17-10-2026 Xırdalan körpüsündə qatarların hərəkəti nə vaxt bərpa olunacaq? - VIDEO
  • 17-10-2026 Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
  • 17-10-2026 Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • 17-10-2026 4 gün ardıcıl iş olmayacaq Tarixlər
  • 17-10-2026 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • 17-10-2026 Yaşayış evini restorana çevirdilər - "Pəncərədən eşitmədiyimiz söz qalmayıb" - VIDEO
  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın

XƏBƏRLƏR

    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
28-11-2018, 08:49

Belarusda dopinqə görə məsuliyyətin artırılması barədə fərman qüvvəyə minib

Belarusda dopinqə görə məsuliyyətin artırılması barədə fərman qüvvəyə minib

Belarusda yerli atletlərin, məşqçilərin və idman federasiyalarının dopinqdən istifadəyə görə məsuliyyəti sərtləşdirilib. Bu, ölkə Prezidenti Aleksanr Lukaşenkonun "İdmanda dopinqə qarşı mübarizə haqqında" fərmanında nəzərdə tutulub.

Nyus.Az AZƏRTAC-a istinadən bildirir ki, həmin fərman noyabrın 27-dən qüvvəyə minib.

Belarus Milli Antidopinq Agentliyinin (MADA) direktoru Denis Mujjuxin TASS agentliyinə müsahibəsində deyib: "Sənəddə federasiyaların və idmançıların barəsində tətbiq edilə biləcək kifayət qədər sərt normalar təsbit olunub. Lakin biz fərmanda təsbit olunmuş tədbirləri daha çox çəkindirici və profilaktik tədbirlər kimi nəzərdən keçiririk".

Onun sözlərinə görə, bu fərman dopinqdən istifadənin qarşısının alınmasına çox kömək edəcək. Bu sözlər həm də dopinqdən istifadəyə və ya onun tətbiqinə meyilli olmağa görə cinayət məsuliyyətinin müəyyən edilməsi barədə Belarus Prezidentinin tapşırığına da aiddir. Bu cür məsuliyyət müəyyən edilməsi nəzərdə tutulan normativ aktların layihələri baxılmaq üçün hökumətə təqdim edilib.

D.Mujjuxin belə hesab edir ki, dopinqə qarşı mübarizə sahəsində yeni tədbirlər Belarus idman federasiyalarını bu problemlə hər gün məşğul olmağa məcbur edəcək. Onun sözlərinə görə, qaydaları pozan idmançıların idman karyerası dövründə aldıqları pul vəsaitlərinin və mükafatların geri qaytarılmasını nəzərdə tutan tədbir də çəkindirici amil olmalıdır.


"Dopinq problemi (Belarus üçün) ciddi problemdir, antidopinq qaydalarının pozulması hallarının beynəlxalq səviyyədə aşkar edilməsinə bizim münasibətimiz çox neqativdir", - deyən Mujjuxin qeyd edib ki, son illərdə belaruslu idmançılar arasında dopinqdən istifadə statistikası azalmaqdadır. Agentliyin rəhbəri deyib: "Bu il aşkar edilmiş pozuntuların 99 faizi səhlənkarlıq, işçilərin diqqətsizliyi, idmançıların düzgün müalicə edilməməsi ilə bağlıdır. Lakin belə halların hər biri ölkənin siyasi imicinə mənfi təsir göstərir. Əgər bizdə bircə nəfər belə diskvalifikasiya edilmiş olsa, biz ən ciddi tədbirlər görəcəyik".

Hazırda Milli Antidopinq Agentliyinin antidopinq qaydalarının pozulmasına görə diskvalifikasiya edilmiş belaruslu idmançıalrın siyahısında 35 nəfərin soyadı var. Onlardan 3 nəfəri - Andrey Mixneviç (yüngül atletika, yadro), Andrey Vorontsov (yüngül atletika, gürz) və Yekaterina Şkuratova (ağır atletika) ömürlük diskvalifikasiya olunub.

Dopinqdən istifadə etməsi aşkar olunmuş belaruslu idmançılar özlərinin idmanda göstərdiyi nəticələrə görə aldıqları pul vəsaitlərini dövlət büdcəsinə qaytarılmalı olacaqlar. Onlar bunu könüllü şəkildə qaytarmasalar, məhkəmə qaydasında tədbirlər görüləcək. Bundan əlavə, idmançılar stimullaşdırıcı ödəniş məbləğlərini də qaytarmalı olacaqlar. Onların müvafiq idman nəticələrinə görə təqdim edildiyi dövlət təltiflərindən məhrum edilmələri nəzərdə tutulub.

Antidopinq qaydalarının sistematik surətdə və kobud şəkildə pozulmasına yol vermiş federasiyalar (ittifaqlar, assosiasiyalar) dövlət dəstəyi almaq, vergilərdən azad edilmək və xaricdən təmənnasız yardım almaq hüquqlarından məhrum edilə bilərlər. Onlar həm də iki ilə qədər federasiyaların reyestrindən xaric edilə bilər. Belə hallarda milli və yığma komandalar barəsində onların sayının və maliyyələşdirilməsinin azaldılması tədbirləri nəzərdə tutulub. Fərmana əsasən, qadağan olunmuş maddələrdən və metodlardan istifadə edilməsinə, habelə idmançıları antidopinq qaydalarını pozmağa sövq etməyə görə cinayət məsuliyyəti müəyyən edilməsi məsələsinin nəzərdən keçirilməsi tapşırılıb.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az