
Bazar ertəsi axşam ABŞ-ın Nyu-York ştatının Manhetten rayonunda sürücü avtomobili piyadaların üzərinə sürüb.
Nyus.Az "Report"a istinadən bildirir ki, bu barədə NBC telekanalı məlumat yayıb.
Bildirilir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 6-sı yaralanıb. Hadisə Çaynataun məhəlləsində baş verib. Əraziyə meqapolisin yanğın xidmətinin əməkdaşları cəlb olunub.
Telekanal polisdəki iki mənbənin sözlərini sitat gətirərək bildirir ki, ilkin məlumatlara görə, sürücü hadisəni qəsdən törətməyib. Onların qiymətləndirməsinə görə, bu, terror aktı deyil.
Nyus.Az

























