
Madrid Böyük Britaniyanın Avropa İttifaqından çıxışı haqqında danışıqlar çərçivəsində Cəbəllütariqin taleyi haqqında Londonla siyasi razılaşmaya nail olmağı bacarıb.
Nyus.Az publika.az-a istinadən xəbər verir ki, bu haqda İspaniyanın baş naziri Pedro Sançes bildirib.
Baş nazir qeyd edib ki, İspaniya Breksit üzrə razılaşmaya veto qoymayacaq.
Qeyd edək ki, Avropa İttifaqı ölkələrinin dövlət və hökumət başçılarının Böyük Britaniyanın qurumdan çıxmasına həsr olunmuş təcili sammit noyabrın 25-də keçiriləcək. Daha əvvəl bildirilirdi ki, Madrid Britaniyanın Avropa İttifaqından çıxmasına dair sazişə veto qoymaq hüququndan imtina etməyib.
Nyus.Az

























