
ABŞ Prezidenti Donald Tramp sərhəddə hərbçilərə atəş açmağa icazə verdiyini bildirib. Nyus.Az Trend-ə istinadən bildirir ki, lazım gəlsə Tramp buna razılıq veridiyini deyib.
"Ümid edirəm ki, bunu etməyə məcbur olmayacaqlar. Onlar qəddar adamlarla təmasdadırlar, ona görə də başqa seçimim yoxdur".
Xatırladaq ki, daha əvvəl miqrantlardan qorunmaq üçün Tramp sərhədə minlərlə hərbçi göndərib.
Nyus.Az

























