
ABŞ Prezidenti Donald Tramp şükranlıq günü tətilini əfsanəvi qolfçu Cek Niklausla birgə keçirib. Tramp və Niklaus Trampın Florida ştatındakı klubunda qolf oynayıblar.
Nyus.Az "report"-a istinadən bildirir ki, bu barədə Ağ evin mətbuat katibi Stefani Qrişemə istinadən "AP News" məlumat yayıb.
Qeyd edək ki, Tramp qolf həvəskarıdır. O, istirahət günləri tez-tez qolf oynayır.
Bundan əvvəl o, öz qolf klubuna gedərkən çağırılmadığı toyda iştirak edib.
Nyus.Az


























