Norveç yığması Olimpiya oyunlarında səhvən 15 min yumurta alıb
Pxençxanda keçiriləcək Olimpiya oyunlarında Norveç yığmasının aşpazları sifariş etdikləri 1,5 min yumurta əvəzinə 15 min yumurta alıblar.
yığmanın üzvləri Koreya şirkəti ilə online-tərcüməçinin köməyi ilə danışırdılar.
“Yarısına qədər yumurta ilə dolu bir avtomobil gəldi. Görəndə ki, yumurtaları nə qədər içəri daşısalar da, onlar bitmək bilmir, çox təəcübləndik”,- aşpaz söyləyib.