
Bu sözləri İran xarici işlər naziri Cavad Zərif söyləyib. O, ABŞ-ın nüvə silahlarına arxayın olduğunu, bu silahların yayılması barədəki razılaşmanı pozduğunu və beləliklə, insanları ölümə yaxınlaşdırdığını deyib.
Qeyd edək ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bir müddət əvvəl Trampın nüvə razılaşması üçün irəli sürdüyü şərtləri təkrarlayaraq, müxtəlif sahələrdə İrana beynəlxalq təzyiqin artırılmasını, əks təqdirdə ABŞ-ın razılaşmadan çıxacağını açıqlamışdı.

























