
Fransa ilə ABŞ tarixi tərəfdaşdır, lakin tərəfdaş olmaq vassal olmaq deyil.
Nyus.Az oxu.az-a istinadən bildirir ki, bunu TF1 telekanalına müsahibəsində Fransa prezidenti Emmanuel Makron deyib.
"Biz onlardan asılı olmamalıyıq. Mən tvitlərə cavab vermək fikrində deyiləm. Düşünmürəm ki, Fransa xalqı məndən bunu gözləyir", - deyə o vurğulayıb.
Qeyd edək ki, Makronun Avropa İttifaqı ordusunun yaradılması çağırışı ABŞ prezidenti Donald Trampın qəzəbinə səbəb olub.
Nyus.Az

























