
Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları İraqın şimalındakı terror məntəqələrini bombalayıb.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, nəticədə 19 terrorçu məhv edilib.
Hava zərbələri Zap, Hakurk, Kandil, Avaşin-Basyan və Sinat-Haftan bölgələrinə endirilib. Bununla da son dörd gündə İraqın şimalında məhv edilən terrorçuların sayı 57-yə çatıb.
Diyarbəkirin Kocaköy rayonunda isə PKK üzvlərinin hazırladığı 70 kiloqram ağırlığında partlayıcı aşkar olunub. Uzaqdan idarə olunan bomba partladılaraq zərərsizləşdirilib.
Hakkarinin Çukurca rayonunda PKK terrorçularının yol inşaatında çalışan işçilərə silahlı hücumu qeydə alınıb. Üç işçinin yaralandığı bildirilir.
Nyus.Az

























