
Təqdimat “Kinoponorama” kinoteatrında baş tutub.
1 saatlıq filmdə Saakaşvili, o cümlədən müxtəlif siyasi ekspertlər Ukraynanın hazırki hakimiyyətinin yarıtmaz siyasətindən dolayı ölkənin düşdüyü ağır vəziyyətdən bəhs ediblər.
Eks-qubernator filmdə qeyd edib ki, ölkənin turizminə, infrastrukturuna, iqtisadiyyatına, islahatların aparılmasına xüsusilə diqqət etmək lazımdır.
Saakaşvili filmdə bir zamanlar qubernatoru olduğu Odessa vilayətinə daha çox diqqət çəkib.
Qeyd edək ki, siyasətçi təqdimat zamanı bildirib ki, film hələ tam həcmdə hazır deyil və yaxın zamanda ictimaiyyətə təqdim ediləcək.
Təqdimatda 300 nəfərin iştirak etdiyi bildirilib.

























