
Məşhur fransalı bəstəkar Fransis Le vəfat edib.
Nyus.Az oxu.az-a istinadən bildirir ki, "Oskar" laureatı olan bəstəkar 86 yaşında dünyasını dəyişib.
Fransis Le ötən əsrin 60-cı illərində filmlərə yazdığı musiqi ilə məşhurlaşıb. O, 60-dək saundtrek yazıb. Onların arasında "Kişi və qadın", "Yağışın sərnişini", "Sevgi tarixçəsi" və digər filmlərə yazılan saundtreklər var.
Nyus.Az
[media=https://www.youtube.com/watch?v=r-ZyYmrr514]

























