
ABŞ prezidenti Donald Tramp jurnalistlərə ölkənin BMT-dəki yeni daimi nümayəndəsinin adını bu həftənin sonunda açıqlayacağını bildirib.
Nyus.Az "Report"a istinadən bildirir ki, sözügedən vəzifə 17 dekabr 2017-ci il tarixindən bu işi icra edən Nikki Heylinin oktyabrın 9-da istefa verməsindən sonra boşdur.
Məlumdur ki, Amerika lideri artıq bu yerə Dövlət Departamentinin mətbuat katibi Hizer Noyerti dəvət edib. Lakin onun bu təklifi qəbul edib-etmədiyi hələ məlum deyil.
Nyus.Az

























