
Ermənistanın Gümrü şəhərində rusiyalı hərbçinin qətlə yetirilməsində təqsirli bilinmiş Arman Cancuqazyan 22 il müddətinə azadlıqdan məhrum edilib.
Virtualaz.org RİA “Novosti”yə istinadən xəbər verir ki, 2017-ci ilin aprel ayının 22-də Gümrüdə rusiyalı hərbçi, müqavilə üzrə xidmət göstərən Dmitri Yalpayev öldürülmüşdü.
İstintaqın gəldiyi qənaətə görə, Cancuqazyan İŞİD tərəfdarı olub. Bildirilir ki, o, qətli şəxsi təşəbbüsü əsasında həyata keçirib, lakin internet vasitısilə terrorçuların xeyir-duasını alıb.
Nyus.Az

























