
Misirin hüquq-mühafizə orqanlarının əməkdaşları noyabrın 2-si xristiyanların olduğu avtobusa edilən hücumla bağlılığı olan 19 terrorçunu məhv edib.
Nyus.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi xəbər verir.
Məlumata əsasən, polislər ekstremistlərin gizləndiyi yerə silahlı basqın edib. Baş verən atışma nəticəsində bütün terrorçular məhv edilib.
Xatırladaq ki, noyabrın 2-də Misirin əl-Minya əyalətində naməlum şəxslər Müqəddəs Samuil monastırına xristianları aparan avtobusu atəşə tutublar. Nəticədə 7 nəfər həlak olub, 12 nəfər isə yaralanıb.
Nyus.Az

























