
Almaniyada ömürlük həbs cəzası çəkən keçmiş tibb işçisi Nils Hegel ən azı 100 pasiyentin qətlini etiraf edib.
Nyus.Az Publika-ya istinadən xəbər verir ki, müttəhim cinayətləri 2003-cü ildən 2005-ci ilə qədər Delmenhorst və Oldenburq şəhərlərində törədib.
İstintaqın məlumatına görə, Hegel xəstələrə verilən dərman preparatlarının dozasını artırırdı və bu, onların ölümünə səbəb olurdu.
2017-ci ilin avqustunda Hegeli 84 pasiyentin qətlində ittiham ediblər. O həmin vaxt artıq 6 pasiyentin qətlinə görə cəza çəkirdi.
Nyus.Az

























