
“Report” xəbər verir ki, bu barədə hərbi mənbələrə istinadən "South China Morning Post" nəşri yazıb.
Bildirilir ki, qəzaya "Y-8"in bazasında şəkli dəyişdirilmiş yeni tip yanacaqdoldurma təyyarəsi uğrayıb.
Hadisə zamanı sağ qalan olmayıb. Çünki təyyarənin göyərtəsində olanlardan heç kim paraşütdən istifadə etməyə macal tapmayıb.

























