
Sosial Liberal Partiyasından ultrasağçı namizəd Jair Bolsonaru Braziliyada keçirilən prezident seçkilərində qalib gəlib.
Nyus.Az Trend-ə istinadən bildirir ki, seçkilərin II turunda bülletenlərin 98,89%-nin hesablanmasından sonra o, 55,29% səs toplayıb.
Zəhmətkeşlər Partiyasından namizəd Fernandu Addad 44,71% səs toplayıb.
Bolsonaru I turda da liderlik edib. Prezident postuna ümumilikdə 13 namizəd iddia edib.
Nyus.Az

























