
ABŞ Prezidenti Donald Tramp Pittsburq şəhərindəki sinaqoqa silahlı hücumdan sonra ölüm cəzası haqqında qanunu sərtləşdirməyə çağırıb.
Nyus.Az AZƏRTAC-a istinadən bildirir ki, D.Tramp jurnalistlərə açıqlamasında günahsız insanları öldürənlərin ən ağır şəkildə cəzalandırılmalı olduğunu deyib.
"Düşünürəm ki, bizim atmalı olduğumuz birinci addım bu qanunun sərtləşdirilməsidir", - deyə Prezident vurğulayıb.
Xatırladaq ki, bu gün ABŞ-ın Pittsburq şəhərindəki sinaqoqa silahlı hücum nəticəsində ən azı 8 nəfər həlak olub. Törətdiyi cinayətdən sonra təslim olan şəxs polis tərəfindən dindirilir.
Nyus.Az

























