
İŞİD terrorçuları Suriyanın Bəhrə şəhərində qaçqın düşərgəsinə hücum edərək 700 insanı girov götürüb.
Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, bu barədə Rusiyanın Suriyadakı Atəşkəsi İzləmə Mərkəzinin rəhbəri Aleksandr Savçenko məlumat verib.
“Tam cəzasızlıq mühitindən istifadə edərək İŞİD 130 ailədən olan 700-ə yaxın insanı girov götürərək Hacin istiqamətində aparıb”, - deyə o bildirib.
Savçenko əlavə edib ki, terrorçular girov götürdükləri dinc sakinlərdən Suriya Demokratik Qüvvələrinə qarşı “canlı sipər” kimi istifadə edə bilər.
Nyus.Az

























