• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
15-10-2018, 08:33

Xorvatiya: şimaldan cənuba səyahət - FOTO

Xorvatiya: şimaldan cənuba səyahət - FOTO

Yuqoslaviyanın keçmiş müttəfiq respublikası, hazırda isə müstəqil dövlət olan Xorvatiya indiki görkəmində izlər buraxan uzun tarixi yol qət edib. Nyus.Az AZƏRTAC-a istinadən bildirir ki, bu ölkə müxtəlif dövrlərdə Roma, Osmanlı və Avstriya-Macarıstan imperiyalarının tərkibində olub. Sivilizasiyaların bu unikal vəhdəti müasir Xorvatiyanı bütün dünyadan gələn turistlər üçün cəlbedici məkana çevirib. Buraya antik dövrün əla qorunub saxlanmış abidələrini görmək, ecazkar təbiət və dənizdən zövq almaq, milli mətbəxin orijinal nümunələrini dadmaq üçün gəlirlər. Xorvatiya kiçik ölkədir. Burada olduğumuz bir həftə ərzində biz şimaldan cənub sahillərinə hərəkət etməklə bir neçə şəhərə - Zaqreb, Zadar, Şibenik, Split və Dubrovnikə baş çəkdik.

İlk dayanacağımız isə bir çox heyrətamiz yerlər görəcəyimiz paytaxt Zaqreb oldu.

Tramvaylar, atlı Elaçiç və göydələnlər

Xorvatiya qalstukun və Dalmatiya itləri cinsinin vətənidir. Bəşəriyyətə ixtiraçı Nikola Teslanı, daktiloskopiyanın banilərindən biri İvan Vuçetiçi bəxş edən bu ölkə Mərkəzi Avropanın cənubunda, Balkan yarımadasında yerləşir. Səkkiz yüz mindən çox sakini olan Zaqreb (ölkə əhalisinin 18,5 faizi) təkcə paytaxt deyil, həm də Xorvatiyanın ən iri şəhəridir.

Azərbaycanla Xorvatiya arasında birbaşa aviareys yoxdur, ən sərfəli variant isə "Türk Hava Yolları" şirkəti ilə İstanbuldan tranzitlə uçmaqdır. Bakı-İstanbul-Zaqreb marşrutu ilə uçuşun müddəti 5 saata yaxındır. Azərbaycanlılar Xorvatiyaya getmək üçün viza almalıdır. Xorvatiya Avropa İttifaqının üzvü olsa da, bu ölkə hələ Şengen vizası zonasına daxil deyil. Ona görə də Bakıdakı Xorvatiya viza mərkəzində sizə yalnız bu ölkənin vizası təqdim ediləcək. Eyni zamanda, Şengen vizasına malik olanlar asanlıqla Xorvatiyaya gedə bilər.

Şəhərin mərkəzində yerləşən "Le Premier" otelində yerləşdikdən sonra paytaxtın görməli məkanları ilə tanış olmağa yollanırıq. Zaqrebin şəhər landşaftı müxtəlif üslubların və epoxaların vəhdətindən ibarətdir. Burada orta əsrlər memarlıq nümunələri ilə ahəngli şəkildə Avstriya-Macarıstan və Yuqoslaviya dövrlərinin tikililəri üstünlük təşkil edir. Hələlik biz şəhərin əsas meydanına yollanırıq və yollarda paytaxtın başlıca nəqliyyat növü olan tramvayların çoxluğunu görürük. Müasir, sürətli və rahat tramvaylar şəhərin bütün hissələrində vətəndaşlara və qonaqlara dəqiq xidmət göstərir: hər dayanacaqda olan elektron lövhələr onların hərəkət vaxtını göstərir.

Zaqrebin əsas meydanı Xorvatiyanın milli qəhrəmanı Yosip Yelaçiçin adını daşıyır. O, 1848-1859-cu illərdə ölkənin hökmdarı olub və Macarıstanın əsarətinə qarşı mübarizə aparıb. 1866-cı ildə meydanda Yelaçiçin atlı və əlindəki qılıncı Macarıstana doğrultmuş heykəli ucaldılıb. İkinci Dünya müharibəsindən sonra abidə meydandan götürülüb, 1991-ci ildə isə əvvəlki yerində, amma cənuba - şəhərin genişləndiyi istiqamətə doğru yenidən ucaldılıb.

Meydanın arxitektura üslubu rəngarəngdir: buradakı binalar əsasən XIX əsrə aiddir və klassik, barokko və modern üslubların vəhdətini təşkil edir. Yaxınlıqda biznes-mərkəzinin yerləşdiyi göydələn də var. 1959-cu ildə tikilən bu bina Avropanın bu hissəsində ilk şüşə fasadlı tikili idi. Meydanda mütəmadi olaraq ticarət yarmarkaları keçirilir, meydan saatı isə populyar görüş yeridir. Zaqreblilər görüş təyin edəndə, "saatın yanında görüşək" deyirlər.

Şəhər şərti olaraq iki hissəyə bölünür- yuxarı Qradets və aşağı Kaptol. İlk olaraq biz yuxarı hissəyə yollanırıq. Məhz burada Zaqrebin ən yüksək tikilisi - iki şpilinin hündürlüyü 105 metrə çatan Kafedral kilsə yerləşir. Zaqrebdə bir neçə göydələn olsa da, onların heç biri yeni qotik üslubda tikilən bu kilsədən hündür deyil. Kilsənin yaxınlığında şəhərin ən böyük Dolats ərzaq bazarı yerləşir.

Yeri gəlmişkən, Xorvatiya hələ avro pul vahidinə keçməyib və "kuna" adlanan öz valyutasından istifadə edir. Bu ad qədim vaxtlarda slavyanların dərisini pul əvəzinə istifadə etdikləri "kunitsa" sözündən gəlir.

Top yaylımı, damda mozaika və boşanmalar muzeyi

1890-cı ildən Zaqrebin aşağı və yuxarı hissələrini dünyanın ən qısa funikulyoru birləşdirir. O, cəmi 66 metr məsafə qət edir və indiyədək sərnişinləri Zaqrebin gözəl mənzərəsinin açıldığı şəhərin yuxarı hissəsinə çatdırır. Burada şəhərin qonaqlarının yanında şəkil çəkdirməyi xoşladığı skamyada oturan kişi heykəli qoyulub. Heykəl 1972-ci ildə hazırlanıb və görkəmli xorvat yazıçısı Antun Qustav Matoşa həsr olunub.

Çoxsaylı turistlər buraya təkcə şəhər mənzərəsini seyr etməyə gəlmir. Onları ən çox cəlb edən XII əsrdə Qradeçin cənub darvazalarını müdafiə etmək üçün tikilmiş Lotrşak qala qülləsidir. Bu qüllə XIX əsrdən bərpa olunub, onun yuxarı mərtəbəsində isə top qoyulub. İndi də, düz günorta vaxtı, bu topdan yaylım atəşi açılır. Bu mərasimin şahidi olmaq üçün qüllənin pəncərələri altında çoxlu həvəskar toplanır, hərçənd atəşin səsi o qədər yüksəkdir ki, (130 detsibel) onun sədaları bir neçə kilometrdən də eşidilir.

Bu, müasir Zaqrebdə qalan yeganə tarixi ənənə deyil. Şəhərin bir neçə yerində indiyədək küçələri işıqlandırmaq üçün qaz fənərindən istifadə olunur. Bu cür ilk fənər Zaqrebdə 1863-cü ildə yandırılıb. Hazırda şəhərdə 214 qaz fənəri var və paytaxt xidmətinin xüsusi əməkdaşı tərəfindən günəşin qürubu vaxtı yandırılır və dan yeri söküləndə söndürülür. Zaqreb Avropada bu ənənəni yaşadan üç şəhərdən biridir.

Şəhərin yuxarı hissəsində olan digər görməli məkanlardan biri 1242-ci ildə tikilmiş Müqəddəs Mark kilsəsidir. XIX əsrdə tikilinin damı kirəmitdən olan rəngarəng və parlaq mozaika ilə bəzədilib. Günümüzdə bu mozaika Zaqrebin mənzərələri olan açıqca və suvenirlərin bəzəyidir.

Xorvatiya paytaxtının tarixi ilə daha ətraflı tanış olmaq üçün Yuxarı şəhərdə keçmiş monastır binasında yerləşən Zaqrebin Şəhər Muzeyinə baş çəkmək lazımdır. Muzeyin ekspozisiyası Roma imperiyası dövründən günümüzədək olan tarixi əks etdirən 75 min eksponatdan ibarətdir. 1991-1995-ci illərdə Xorvatiyada gedən müharibəyə xüsusi zal ayrılıb və burada həmin vaxt muzey binasına da qəlpələrin düşdüyü göstərilir. Muzeydə daşlarla və toz-torpaqla örtülmüş bəzi eksponatlar gələcək nəsillərə çatdırılmaq üçün nümayiş olunur.

Klassik muzeylərlə yanaşı, Zaqrebdə bir neçə orijinal məkanlar - Göbələk Muzeyi, 80-ci illər Muzeyi, İllüziyalar Muzeyi, Pozulmuş Münasibətlər Muzeyi və s. fəaliyyət göstərir. Sonuncunun diplomatiya ilə heç bir əlaqəsi yoxdur. Onu Boşanmalar Muzeyi də adlandırırlar, çünki burada şəxsi münasibətləri və ayrılıqların çətinliyi ilə bağlı eksponatlar var. Dünyanın müxtəlif yerlərindən toplanmış bu eksponatlar bu və ya digər cütlüyün gerçək həyat tarixi ilə bağlıdır.

İllüziyalar Muzeyində isə fizika qanunları və bizim dünyanı dərk etməyimizlə bağlı eksponatlar sərgilənir. Əslində, bunlar işığın spektrləri, qravitasiya, holoqramlar, tapmacalar, məşhur fokusların sirləri və bir çox digər müxtəlif hoqqalardan ibarətdir.

İlk axşamı Köhnə şəhərin restoranlarının birində şam yeməyi ilə başa vururuq. Doğrusu, "Agava" restoranında sifariş etdiyimiz fransız soğan supu, dəniz məhsulları ilə spagetti və qızardılmış qızılbalıq filesinin bu qədər ləzzətli olacağını güman etmirdik. Lakin restoranın çıxışındakı "Michelin" tövsiyə edir" lövhəsini gördükdə, hər şey aydın oldu. Bu iaşə müəssisəsi dünyanın ən mötəbər restoran bələdçisinin tövsiyəsinə layiq görülüb. Həm də restorandakı qiymətlər Zaqrebdə yerləşən 4,5 min iaşə müəssisəsindən fərqlənmir.

Meteoroloji dirək, "yaşıl nallar" və Şərq ekspresi

Ertəsi gün biz Zaqrebin Sava çayının sahili boyu uzanan və Köhnə şəhərdən əhəmiyyəti dərəcədə fərqlənən aşağı hissəsinə yollandıq. Burada geniş prospektlər, Avstriya-Macarıstan dövrünə aid əzəmətli binalar və böyük parklar var. Maraqlıdır ki, yuxarıdan baxıldığı zaman Zaqrebdəki parkların əksəriyyəti nal formasında görünür və bu səbəbdən parkların olduğu zona "yaşıl nallar" adlanır. Gəldiyimiz ilk park - Zrinyevats adlı köhnə bağda qədim çinarların olduğu yaraşıqlı xiyabanlar var. 1884-cü ildə parkda quraşdırılmış və indi də fəaliyyət göstərən meteoroloji dirək havadakı rütubət, təzyiq və temperaturu göstərir. Burada 1891-ci ildə tikilmiş musiqi pavilyonu da var. Park elmlər və incəsənət akademiyaları, Ali Məhkəmə, Arxeologiya Muzeyi və Xarici İşlər Nazirliyinin memarlıq üslubunda tikilmiş binaları ilə əhatə olunub.

Sonra yolumuzu ən böyük meydan - Tomislav Meydanına salırıq. Bu məkan Xorvatiyanın ilk kralının şərəfinə adlandırılıb. 1947-ci ildə burada məşhur hökmdarın at üstündə heykəli də ucaldılıb. Abidənin düz qarşısında Zaqrebin 1892-ci ildə açılmış əsas vağzalı yerləşir. Yaxınlıqda "Esplanade Zagreb" dəbdəbəli otelinin 1925-ci ildə tikilmiş binası var. Bu otel Zaqrebdə dayanmaqla İstanbuldan Parisə gedən məşhur "Şərq ekspresi"nin sərnişinləri üçündür.

Zaqrebin "yaşıl nallar"da yerləşən və iş saatı olan yeganə parkı olan Botanika bağı bir qayda olaraq səhər saat 9-dan axşam 7-dək açıqdır. 1891-ci ildən fəaliyyət göstərən bu parka giriş sərbəstdir. Burada dünyanın müxtəlif yerlərindən gətirilmiş 10 min bitki növü, o cümlədən 1800 ekzotik bitki var. Su bitkiləri üçün nəzərdə tutulan böyük göllərdə isə ən böyük bitki - Ginnesin rekordlar kitabına düşmüş nəhəng küpəciklər çiçək açıb. Ağacdan hazırlanan ən gözəl bina da diqqəti cəlb edir. 1890-cı ildə Avstriya-Macarıstan pavilyonu kimi tikilən bu bina sonradan Botanika bağına hədiyyə edilib.

Zaqrebdə gəzinti zamanı 1895-ci ildə yeni barokko üslubunda tikilmiş Xorvatiya Milli Teatrının binası da diqqəti cəlb edir. Burada bir zamanlar Ferents List, Sara Bernar, Rixard Ştraus və başqa görkəmli incəsənət xadimləri çıxış ediblər.

Musiqi Akademiyasının müasir üslubda və damı xüsusi materialdan tikilmiş binasının qarşısında isə kamerton və dirijor çubuğunu xatırladan 29 metrlik heykəl ucaldılıb.

Nəhayət, daha bir görməli məkanı - Miroqoy şəhər qəbiristanlığı ilə tanış oluruq. XIX əsrdə əsası qoyulmuş bu məkanda bir çox görkəmli şəxsiyyətlər dəfn edilib.

Sözardı

Əlbəttə, bütün bunlar Zaqrebin görməli məkanlarının tam siyahısı deyil. Xorvatiya paytaxtında bizim diqqətimizdən kənarda qalan bir çox maraqlı yerlər var. Lakin biz cənuba- Adriatik dənizinin sahilində yerləşən Zadar şəhərinə getməliyik. Oradakı təəssüratlarımız növbəti reportajda təqdim olunacaq.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az