
Bu barədə ölkənin baş prokuroru Xorxe Ortisə istinadən "Noticias MVS" məlumat yayıb.
"2017-ci ilə qədər 102 gizli məzarlıq aşkar edilib…bu məzarlıqlarda 225 cəsəd, 335 kəllə sümüyü və 30,6 mindən çox müxtəlif cəsəd qalıqları və fraqmentləri tapılıb", — deyə o qeyd edib.
Baş prokuror əlavə edib ki, indiyədək yalnız 111 nəfərin şəxsiyyəti müəyyənləşdirilib, mütəxəssislər digərlərini eyniləşdirə bilməyiblər.
“Report”

























