
Beşinci nəsil F-35 Lightning II qırıcılarının geniş miqyaslı sınaqlarına noyabr ayında başlanılacaq.
Nyus.Az oxu.az-a istinadən bildirir ki, bunu Pentaqon rəhbərinin müavini Ellen Lord deyib.
Bildirilir ki, sınaq uçuşları zamanı qırıcının Rusiya, Suriya və Çin hava hücumundan müdafiə sistemlərinə, o cümlədən S-300 və S-400 zenit-raket komplekslərinə qarşı imkanları yoxlanılacaq.
Hazırda dünya üzrə 15 aviabazada 320-dən çox F-35 Lightning II qırıcısı var.
Nyus.Az

























