
Rusiyanın Xəzər dəniz donanması və Cənub Hərbi Dairəsinin (CHD) RƏM vasitələri şərti düşmənin raket hücumunu uğurla dəf edib.
Nyus.Az "Report"a istinadən bildirir ki, bu barədə CHD-nin mətbuat xidmətinin rəhbəri Vadim Astafyev məlumat verib.
Bildirilir ki, təlimlərdə qanadlı raket hücumunu "Su-25" bombardımançı təyyarələri həyata keçirib.
Dəniz qrupunun tərkibində hərbi təlim tapşırıqlarını "Tatarıstan" və "Dağıstan" gəmiləri, "Həştərxan", "Uqliç" və "Mahaçqala" kiçik raket gəmiləri və "Volqodonsk" kiçik artilleriya gəmisi yerinə yetirib.
Nyus.Az

























