
ABŞ Prezidenti Donald Tramp 1 dekabr tarixində keçiriləcək Meksika prezidentinin inauqurasiya mərasimində iştirak etməyəcək.
Nyus.Az Trend-ə istinadən bildirir ki, bunu ABŞ prezidenti Tramp Meksika prezidenti Andres Obradorla telefon danışığında bildirib. O öz yerinə vitse-prezident Mayk Pensi göndərəcəyini bəyan edib.
Obrador Trampla sərhəddə divarın tikintisi məsələsini müzakirə etmədiyini bildirib. Əvəzinə tərəflər qanunsuz miqasiya ilə mübarizə üçün sərmaye proqramlarını müzakirə edib.
Nyus.Az

























