
Bu barədə Rusiyanın Dəniz və Çay Nəqliyyatı Federal Agentliyi məlumat yayıb.
"Yapon dənizində axtarışların başlamasından 4 sutka ötür – insanlar hələ də tapılmayıb. Gəminin son həyəcan siqnalının qeydə alındığı Qamova burnundan 100 mil cənub-şərqdə aparılan axtarış zonasında gəmi qruplarının tərkibi qismən dəyişib", - deyə məlumatda bildirilir.
Balıqçı gəmisində 20 heyət üzvü, eləcə də iki Azərbaycan vətəndaşı olub.

























