• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
25-09-2018, 08:04

iOS 12 ilə gələn yeniliklər və optimizasiyalar

iOS 12 ilə gələn yeniliklər və optimizasiyalar

Apple şirkəti iOS cihazlar üçün yeni iOS12 versiyasını hər kəsə açıq olaraq yayımladı. iOS 12 Apple şirkətinin istehsal etdiyi 64bit cihazlar üçün nəzərdə tutulan yenilənmə idi. Yəni bu yenilənmə iPhone 5S və iPhone 6 üçün də nəzərdə tutulub.

Yenilənməyə ümumi nəzər yetirsək, Apple şirkəti bundan öncə olan iOS 11 versiyasının xeyli yaxşılaşdırılmış və daha stabil formasını bir neçə əlavələrlə təqdim edib. Burada əsas məqsəd iOS ilə çalışan bütün cihazların daha sürətli işləməsinə və performansında artım olmasına nail olmaq idi. Bu məqalə xüsusilə iPhone 5S və iPhone 6 cihazlarına sahib olanlar üçün həsr olunub. Bilindiyi kimi bu cihazlar Apple şirkətinin dəstək verdiyi ən köhnə cihazlardır. Bundan öncəki versiyada hər iki cihazda gözlə görüləcək dərəcədə yavaşlama və qeyri-stabillik müşahidə olunurdu. Hətta iOS 11 versiyasına sahib bir çox cihazların enerji saxlamasında da azalma olmuşdu. Bu, iPhone 5S və 6 istifadəçilərinin haqlı narazılığına səbəb olmuş və Apple şirkəti daha sonra telefonları yavaşlatdığını qəbul etmək məcburiyyətində qaldı.

Apple şirkəti bu dəfə iOS 12 versiyasını təqdim edərkən bu kimi halların aradan qaldırılacağını, versiyanı dəstəkləyən ən köhnə modellərdə performans artışı və sürətlənmə olduğunu vəd etmişdi. Apple şirkəti bu yenilənmə ilə tətbiqlərin 40%, kameranın 70%, klaviaturanın isə 50% daha sürətlə açılacağını qeyd etmişdi.

Nyus.Az technote.az-a istinadən bildirir ki, yeni iOS 12 iPhone 5S cihazına qurulmuş və test edilmişdir. Əgər siz də, bu cihazda iOS 11 versiyasına sahibsizinsə, o zaman iOS 12 versiyasına yeniləməyiniz məsləhət görülür. Çünki bu versiya iOS 11-dən daha sürətli və stabil işləyit. Enerji sərfiyyatı daha da yaxşılaşdırılıb və cihazınızdakı batareyanın istifadə ömrü yaxşı vəziyyətdədirsə, iOS 11-ə nəzərən daha çox enerji saxlamaq imkanına malik olacaqsınız. Tətbiqlərin və telefonun açılma müddəti qısalıb, 3 və daha çox tətbiqdə eyni zamanda işləyirsinizsə, telefonda artıq donmalar müşahidə olunmayacaq. Klaviatura daha səlis və axıcı açılır. iOS 10 və daha aşağı versiyalara nəzərən isə iOS 12 çox yavaş çalışır.

Bu versiya ilə cihazların optimizasiyası daha da təkmilləşdirilmiş və cihazlar daha da sürətləndirilmişdir. Xüsusilə iPhone 5S və 6 cihazları əvvəlki versiyaya nəzərdən daha stabil və axıcı işləyir. Tətbiqlərin və kameranın açılma vaxtları qısalıb. Telefonun açılma müddəti isə iOS 11-ə nəzərən 20-30 saniyə daha azdır.

Performans

iOS 12 indiyə qədər yayımlanmış ən sürətli iOS versiya adlanır.

iOS 11 dəstəkləyən bütün cihazlar bu versiya ilə daha stabil, sürətli və axıcı olub.

Kamera 70% daha tez açılır. Klaviaturanın 50% daha tez işlək hala gəlir və yazı qabiliyyəti daha həssas olub.

Fotolar

Fotolar proqramında mövcud olan bölmələr yenilənib. Artıq bu bölmədə "Sizin üçün" və "Axtar" bölməsi mövcuddur. "Sizin üçün (For you)" bölməsində cihaz sizə şəkillər arasından seçimlər edərək "xatirələr" yaradır. Həmçinin şəkilləriniz arasında keçmiş tarixlərinə görə paylaşımlar etməyinizi "məsləhət görür". "Axtar" bölməsi təkmilləşdirilmiş axtarış etməyinizə yardımçı olur. Belə ki, bu bölmədə şəkillər arasında ada, çəkildiyi yerə, kateqoriyalara və qruplara uyğun axtarış edə bilərsiniz. Sistem şəkillərinizi ona uyğun olan kateqoriyalara bölür. iOS 12 ilə Fotolar proqramı daha da təkmilləşdirilib və "ağıllı" hala gətirilib.

Kamera

Portret modu daha da təkmilləşdirilib və artıq kamera ilə QR kodları skan etmək mümkün hala gəlib.

Mesajlar

Yeni Animojilər əlavə olunub və Memoji sayəsində bu emojilər daha da özəlləşdirilə bilinir. Yeni kamera effektləri ilə video mesaj göndərən zaman müxtəlif filtrlər, mətn yazıları və stikerlərdən istifadə edə bilərsiniz. Animoji mesajları ilə artıq 30 saniyəyə qədər çəkiliş aparmaq mümkündür.

Ekran vaxtı (Screen time)

iOS 12 ilə gələn ən yeni və önə çıxan xüsusiyyətlərdən biri də Ekran Vaxtıdır. Bu bölmə vasitəsilə cihazda keçirdiyiniz zamana nəzarət edə bilər, müxtəlif tətbiqlərin istifadəsinə müddət limiti qoya bilər, ekran sönük halda yalnız istədiyiniz tətbiqlərdən bildiriş ala bilərsiniz. Bundan başqa burada siz hansı tətbiqdən daha çox istifadə etdiyinizi, istifadə müddətinizi, telefonu kiliddən çıxarıb, kilidə salma sayını, ümumi nə qədər bildiriş aldığınızı və bu bildirişlərin sayının tətbiqlər üzrə bölünməsini statistikalar və cədvəllərlə görə bilərsiniz.

Narahat Etmə modu

Narahat Etmə rejimi artıq daha da yaxşılaşdırılıb. Cihazda quraşdırılan "Bed time" zamanı cihaza heç bir bildiriş gəlmir və telefon sizi bu müddətin başlanğıc və sonunda xoş sözlərlə qarşılayır.

Qrup Bildirişləri

iOS 12 ilə bildirişləri artıq qruplandırmaq mümkündür. Belə ki, hər hansı tətbiqdən 2 və ya daha çox bildiriş aldıqda, o, bildiriş mərkəzində həmin tətbiqlərə xas qruplar halında sizə təqdim olunur. Bundan başqa bildiriş mərkəzindən bildirişlərin tənzimləmələrini də idarə edə bilərsiniz.

Siri qısayollar

Bu xüsusiyyət vasitəsilə Siriyə əlavə etdiyini əmrlərə daha tez çata bilərsiniz. Məsələn Siriyə "Sabah saat 8-ə zəngli saat qur" əmrini daxil etsəniz, Siriyə səslənib bu ifadəni səsləndirdikdə, Siri qısa müddətdə Saat tətbiqində zəngli saat quraraq dediyinizi edir. Bu yeniləmə ilə Siri daha da təkmilləşib və "ağıllanıb".

Apple News, Stocks və Voice Memos tətbiqlərində köklü interfeys və funksionallıq dəyişiklikləri edilib. Həmçinin iBook tətbiqi artıq Books adlandırılıb və onun da interfeys dizaynı yenilənib. Bu yeniləmələr ilə tətbiqlər daha da təkmilləşdirilmiş və istifadəsi asanlaşdırılmışdır.
Bundan başqa Car Play artıq 3-cü tərəf naviqasiya tətbiqlərini də dəstəkləyir. İOS 12-də ARKit 2.0 iOS tətbiqləri içərisində artırılmış reallığın daha çox faydalı olma potensialına malik olan yeni funksiyalar əlavə edilib. Üz izləmə və obyektlərin göstərilməsi təkmilləşdirilmişdir və yeni 3D obyektlərin aşkarlanması mümkün hala gəlib.

Apple, Pixar ilə yanaşı inkişaf etdirilən yeni USDZ fayl formatını tətbiq edir. Bu, AR aktivlərinin sistem daxilində, Safari, Mesajlar, Mail və daha çox istifadə olunmasına imkan verəcək. Apple USDZ-ə dəstək vermək üçün Adobe kimi bir çox şirkətlə işləyir.

Yeni ARKit 2.0 dəyişikliklərinin bir hissəsi olaraq, Apple, obyektlərin, xətlərin və dördbucaqlıların ölçülməsi üçün artırılmış reallıq imkanlarından istifadə edən Measure adlı yeni bir tətbiq təqdim edib. Bu tətbiq vasitəsilə siz real mühitdə mövcud olan əşyaların ölçüsünü ala bilərsiniz. Tətbiq iPhone 7 və daha sonrakı iPhone cihazlarında aktivdir.

iOS 12 bütün cihazlar üçün aktivdir və hal hazırda endirib cihazınıza qura bilərsiniz.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az