• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
24-09-2018, 08:17

Bəzi ölkələrdə vəhşi heyvanların sirkdə çıxışı qadağandır, bəs Bakı sirkində?

Bəzi ölkələrdə vəhşi heyvanların sirkdə çıxışı qadağandır, bəs Bakı sirkində?

Bəzi ölkələrdə vəhşi heyvanların səyyar sirklərdə çıxış etməsinə icazə verilmir.

Avstriya, Boliviya, Meksika, Malta, İsrail, Peru, Sinqapur, Salvador, Kipr, Kosta-Rika, Slovakiya, Yunanıstan daxil olmaqla, ümumilikdə 19 ölkə səyyar sirklərdə vəhşi heyvanların iştirakına qadağa qoyub.

Sonuncu dəfə isə Şotlandiya parlamenti səyyar sirklərdə vəhşi heyvanlardan istifadəni qadağan edən qərar qəbul edib.

Azərbaycandakı yeganə sirk olan Bakı Dövlət Sirkinin (BDS) özünün heyvanları olmasa da, paytaxtımıza tez-tez başqa ölkələrdən sirklər dəvət edir. Təbii ki, onların arasında vəhşi heyvanların iştirakı ilə göstərilən nömrələr çoxluq təşkil edir. Bu isə o deməkdir ki, vəhşi heyvanlar Bakı Dövlət Sirkinin səhnəsində heç bir problem olmadan çıxış edə bilirlər.

Nyus.Az xəbər verir ki, Bakı Dövlət Sirkinin mətbuat xidmətinin rəhbəri Mahir Hümbətov Trend-ə açıqlamasında bildirib ki, Azərbaycanda vəhşi heyvanların sirkdə iştirakı ilə bağlı hər hansı qadağanın qoyulmasına ehtiyac yoxdur.

Onun sözlərinə görə, MDB ölkələrinin heç birində sirklər üçün belə bir qadağa tətbiq olunmayıb.

Bakı Dövlət Sirkinin stasionar sirk müəssisəsi olduğunu xatırladan M.Hümbətov qeyd edib ki, BDS-nin sirk artistləri və təlimçiləri yoxdur: "Bu da o deməkdir ki, Bakı Dövlət Sirkində heyvanlar yoxdur və onlar təlim olunmurlar. Biz Bakıya xarici ölkələrin sirklərini dəvət edirik. Ancaq nəzərə alaq ki, bəzi Avropa ölkələrində ümumiyyətlə stasionar sirk olmur. Bakı Dövlət Sirki isə stasionar sirk olduğundan burada heyvanların qarşılanması, saxlanması, yemlənməsi üçün lazımi şərait var".

O qeyd edib ki, indiyədək Bakı Dövlət Sirkində vəhşi heyvanların insanlara hücum etməsi halı qeydə alınmayıb: "Ancaq belə bir ehtimal ola bilər. Çünki nə qədər təlim keçilsə belə, heyvanlar çıxışlarında aqressiya göstərə bilər. Belə halların qarşısını almaq üçün nümayişdən əvvəl təhlükəsizlik tədbirləri görülür və tamaşaçı ilə heyvanlar arasında dəmirdən və ya ipəkdən olan xüsusi qoruyucu torlar qurulur. Bundan sonra heyvanlar səhnəyə buraxılır. Xaricdən dəvət etdiyimiz sirk təlimçiləri heyvanlara olduqca sevgi ilə yanaşırlar. Onlar bildirirlər ki, heyvanlara sevgi verməsən, onu təlimləndirmək mümkün deyil".

M.Hümbətov bildirib ki, indiyədək Bakı Dövlət Sirkinə gələn tamaşaçıların səhnəyə çıxan vəhşi heyvanlardan qorxması halı müşahidə edilməyib. Əksinə, vəhşi heyvanların nömrələri göstərilərkən ön sıralarda oturmaq istəyən tamaşaçılar daha çox olur.

BDS-nin əməkdaşı əlavə edib ki, sirkləri daha çox tamaşaçıların xahişini və zövqünü nəzərə almaqla gətirirlər.

O, Azərbaycanda tamaşaçıların vəhşi heyvanların çıxışlarını daha çox xoşladığını deyib: "Bəzən şir, ayı, ya da pələng olmayanda tamaşaçılar xahiş edirlər ki, bu heyvanların da çıxışı olsun".

M.Hümbətov yerli tamaşaçıların hava nömrələrini, xüsusilə hava uçuşlarını da çox xoşladığını söyləyib: "Təbii ki, uşaqlar da klounları xoşlayırlar. Amma kloun olmaq çox çətindir. Yaxşı klounlar çox az tapılır. Restoranlarda çıxış edən klounlar peşəkar olmurlar. Sirkdə çıxış edən peşəkar kloun isə həm bir qədər təlimçi, həm bir qədər akrobat, həm bir qədər illüziyaçı, həm də bir qədər psixoloq olmalıdır".

O qeyd edib ki, biletlərin qiymətlərini müəyyən edərkən əhalinin imkanları da nəzərə alınır: "Biz çalışırq ki, biletlərin qiymətini əhalinin alıcılıq qabiliyyətinə uyğun edək. Araşdırılsa, görmək olar ki, dünyada ucuz sirk biletləri Azərbaycandadır. Biz bu qiymətləri əhalinin alıcılıq qabiliyyətinə uyğun səviyyədə saxlayırıq".

M.Hümbətov sirkdəki heyvanların xüsusi normativ qaydada qidalandırılmalı olduğunu da bildirib: "Heyvanların qida rasionu çox geniş və rəngarəngdir. Heyvanlar hər şey yemirlər. Onların yedikləri qidalar təmiz, keyfiyyətli olmalıdır. Bəzən elə bilirlər ki, heyvanlar ancaq ət yeyir. Ancaq, məsələn, bəzi ayılar heç ət yemir. Onlar təmiz bal, müxtəlif meyvə və giləmeyvələr, peçenyelər, qatılaşdırılmış südlə qidalandırılır. Onlar qiymətli heyvan olduğundan bu cür qidalandırılması vacibdir".

Onun sözlərinə görə, heyvanlar üçün qidaları onları gətirən səyyar sirklərin əməkdaşları alırlar.

Bakı Dövlət Sirkinin dövlətdən qismən dotasiya alan müəssisə olduğunu xatırladan M.Hümbətov əlavə edib ki, işçilərinin əməkhaqqından başqa, bütün digər xərcləri Bakı Dövlət Sirki özü ödəyir.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az