
ABŞ-da "Florens" adlı qasırğa nəticəsində ölənlərin sayı 37-yə çatıb.
Nyus.Az Trend-ə istinadən bildirir ki, daha öncə 34 nəfərin öldüyü bildirilirdi. Qeyd olunur ki, ölənlərdən 27 nəfər Şimali Karolina ştatının payına düşür.
Qeyd edək ki, 4-cü dərəcəli "Florens" qasırğası ABŞ-ın atlantik sahillərinə sentyabrın 14-ü yaxınlaşıb. Hazırda qasırğanın mərkəzində küləyin sürəti saatda 75 kilometri keçmir.
Şimali və Canubi Karolinanın 27 mindən artıq sakini müvəqqəti sığınacaqlarda qalır. 100 mindən artıq insan elektrik enerjisiz qalıb.
Nyus.Az

























