
Böyük Britaniya Suriyanın keçmiş İqtisadiyyat və xarici ticarət naziri Hammam əl-Cəzairi sanksiya siyahısından çıxarıb.
Nyus.Az xəbər verir ki, bu barədə məlumat Böyük Britaniya Xarici İşlər Nazirliyinin açıqlamasında yer alıb.
Qeyd edək ki, Əl-Cəzairi Bəşər Əsəd hakimiyyəti dövründə - 2014-cü ildən 2016-cı ilə qədər nazir vəzifəsində çalışıb və nazirlik portfelini qəbul etdiyi vaxtdan bəri sanksiyalar altında olub.
Böyük Britaniya Xarici İşlər Nazirliyi sanksiyaların hansı səbəbdən ləğv olunduğunu açıqlamayıb.(Musavat.com)
Nyus.Az

























