[/center]Fransanın Tulon hərbi dəniz bazasında texniki xidmətdə olan yeganə "Şarl de Qoll" (Charles de Gaulle) təyyarədaşıyan gəmisində yanğın baş verib.
Nyus.Az xəbər verir ki, bu barədə "Le Figaro" nəşri Aralıq dənizi zonası dəniz prefekturasının açıqlamasına istinadən məlumat yayıb.
Məlumata görə, gəmi heyəti dərhal alovun söndürülməsinə başlayıb. Tulon bazasının yanğınsöndürmə briqadalarının köməyi ilə yanğın təxminən 1 saat 15 dəqiqə ərzində tam söndürülüb.
Hadisə aviasiya anqarının yaxınlığındakı texniki otaqda qeydə alınıb. Gəmi avqust ayının sonundan dekabrın əvvəlinə qədər texniki baxışda olduğu üçün anqarda hərbi təyyarələr olmayıb.
Prefekturadan verilən rəsmi açıqlamada qeyd olunub: “İnsident nəticəsində xəsarət alan olmayıb və gəminin nüvə qurğularına hər hansı zərər dəyməyib”.
Hazırda faktla bağlı araşdırma aparılır.(Musavat.com)
Nyus.Az

























