
Moskva vilayətinin Krasnozavodsk şəhərində yerli kimya zavodunda güclü partlayış baş verib.
Nyus.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində istehsal sexlərindən biri dağılıb və ən azı yeddi nəfər həlak olub.
Rusiyanın SHOT resursu bildirib ki, zavodda partlayışdan sonra güclü yanğın başlayıb: "Krasnozavodsk Kimya Zavodunda baş verən partlayış nəticəsində yeddi nəfər ölüb. İşçilər tamamilə dağılan 4 nömrəli emalatxanada olublar. Zərərçəkənlərin sözlərinə görə, orada daha çox işçi olub. Xilasedicilər hazırda zavoddakı açıq yanğını dayandırmağa çalışırlar".
Şahidlərə istinadən Telegram kanalı iddia edir ki, zavodda ən azı üç partlayış baş verib.
Rusiya rəsmi mənbələri zavodda yanğının lokallaşdırıldığını, dağıntılar altında 4 nəfərin qalmasının ehtimal edildiyini bildiriblər.(Musavat.com)
Nyus.Az

























